Bu ilin yanvar-avqust aylarında Azərbaycana 203,9 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 17% azalıb.

Əlavə edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 128,3 milyon dollar dəyərində 579,9 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova