Bu ilin yanvar-avqust aylarında Azərbaycana qəhvə idxalı 60,5 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 14% çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycana 53,1 milyon dollarlıq qəhvə idxal olunub.
Gözəl Həşimova