Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 48,7 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixracın dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 5.5 milyon dollar çoxdur.

Bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 64,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2% çoxdur.

 

Gözəl Həşimova