Azərbaycan bu ilin yanvar-avqust aylarında 24,9 milyon dollar dəyərində 32,6 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,3 milyon dollar və ya 50,1% çoxdur.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 1,15% təşkil edib.

 

Gözəl Həşimova