Bu ilin yanvar-avqust aylarında Azərbaycan 125,8 milyon dollar dəyərində un qənnadı məmulatları idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 15,2 milyon dollar və ya 14% çoxdur. 

Hesabat dövründə un qənnadı məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.99 %-ni təşkil edib.

 

Gözəl Həşimova