Dünyanın ən böyük 722 şirkəti ikinci il ardıcıl olaraq 1 trilyon dollardan artıq mənfəət əldə edib. 

İqtisadiyyat.az xəbər verir ki, Beynəlxalq xeyriyyə təşkilatı Oxfam və ActionAid-in Forbes-in "Qlobal 2000" siyahısına əsaslanan təhlilinə görə, 722 şirkətin ümumi mənfəəti 2021-ci ildə 1,09 trilyon dollar təşkil edib, keçən il bu rəqəm 1,1 trilyon dollar olub.

Bu artımlar sayəsində şirkətlərin ümumi mənfəəti 2017-2020-ci illər dövrünün orta göstəricisi ilə müqayisədə 89 faiz artıb.

Qlobal böhran, işsizlik və inflyasiyaların yaşandığı bir zamanda şirkətlərin bu qədər mənfəət əladə edə bilməsi birmənalı qarşılanmayıb.