"Transfermarkt" portalı dünyanın ən bahalı futbolçulardan ibarət rəmzi komandanı açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, heyətə "Mançester Siti"dən 3, "Real" və "Bavariya"dan hərəyə 2, PSJ, "Leyptsiq", "Portu" və "Arsenal"dan isə hərəyə 1 futbolçu yer alıb.

Komandaya daxil olan futbolçuların ümumi bazar dəyəri 1,25 milyard avrodur.

Qapıçı: Dioqo Kosta (45 milyon avro, "Portu")

Müdafiəçilər: Coşko Qvardiol (75 milyon avro, "Leyptsiq"), Ruben Dias (80 milyon avro, "Mançester Siti"), Matteyis de Liqt (75 milyon avro, "Bavariya")

Yarımmüdafiəçilər: Cud Bellinqem (120 milyon avro, "Real"), Camal Musiala (110 milyon avro, "Bavariya"), Filip Foden (110 milyn avro, "Mançester Siti"), Bukayo Saka (120 milyon avro, "Arsenal"), Vinisius Junior (150 milyon avro, "Real")

Hücumçular: Kilian Mbappe (180 milyon avro, PSJ), Erlinq Haaland (180 milyon avro, "Mançester Siti")