Dünyanın ən bahalı futbol brendi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "Brand Finance"ın versiyasına görə, bu, "Mançester Siti" klubudur. Brendin ümumi dəyəri 1,51 milyard avrodur. Bu ötən illə müqayisədə 13 faiz çoxdur. İkinci pillədə Madridin "Real" klubudur. Komanda 4 ildən sonra liderlikdən düşüb.

İlk onluqda "Barselona", "Mançester Yunayted", "Liverpul", PSJ, "Bayern", "Arsenal", "Tottenhem" və "Çelsi" yer alıb.