Dünyada ən böyük qızıl ehtiyatına malik ölkələr arasında birinci yeri ABŞ (8,1 min ton), ikinci yeri Almaniya (3,35 min ton), üçüncü yeri İtaliya (2,45 min ton) və dördüncü yeri Fransa (2,4 min ton) tutur.

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu siyahıda 5-ci yeri Rusiya tutuR.

Belə ki, bu ilin sentyabr ayında Rusiyanın qızıl ehtiyatları rekord həddə - 2,36 min tona çatıb. Məlumata görə, Rusiyanın qızıl ehtiyatları 2% və ya 44 ton artaraq ölkə tarixində ən yüksək səviyyəyə çatıb.

 

Gözəl Həşimova