Qlobal problemlər səbəbindən qəhvənin qiymətinin bahalaşacağı proqnozlaşdırılır.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, Braziliyadakı quraqlıq səbəbindən hazır qəhvə bahalaşa bilər. Bildirilib ki, yağıntının olmaması və yüksək temperatur səbəbindən qəhvə istehsalı 15-20 % azalacaq. Quraqlıq səbəbindən qəhvə bazarlarında qiymətlər isə artıq artmağa başlayıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 68 milyon dollar dəyərində qəhvə idxal edib. Ölkənin qəhvə idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon dollar azalıb.

 

Gözəl Həşimova