Qlobal elektrik tələbatının 38%-ni təşkil edən 107 ölkədə qalıq yanacaqlardan elektrik enerjisi istehsalı ən azı 5 ildir ki, azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Londonda yerləşən "Ember" enerji analitik mərkəzinin təhlilində deyilir.

Məlumata görə, 2022-ci ildə qalıq yanacaqlardan istehsal illik bazda 1,2% artıb. Bu artım 2011-2021-ci illərdən orta hesabla 1,6% azdır.

Qlobal elektrik enerjisinə tələbatın 38%-ni təşkil edən ölkələrdə elektrik enerjisi sektorundan emissiyalar son 10 ildə təxminən 20% azalıb. Qalıq yanacaqlardan elektrik enerjisi istehsalının pik həddə çatacağı gözlənilən yeganə regionlar Asiya və Yaxın Şərqdir.

 

Gözəl Həşimova