Dünya əhalisi ötən il təxminən 8 milyarda çatıb.

İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, 1989-cu ildə dünya əhalisi 5 milyarda, 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatıb.

BMT-nin təxminlərinə görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin olub. Çini 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və 338 milyon 289 min 857 nəfərlə ABŞ izləyib. Bu 3 ölkə dünya əhalisinin 39,9%-ni təşkil edib. Türkiyə isə 85 milyon 279 min 553 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yerdə qərarlaşıb.

Ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupu uşaq əhalisinin nisbəti təhlil edildikdə, ötən il ən çox uşaq əhali nisbətinə malik ölkə 55,8%-lə Mərkəzi Afrika Respublikası olub. Bu ölkəni 55,6%-lə Nigeriya, 54,3%-lə isə Çad izləyib. Uşaq əhalisinin ən aşağı olduğu ölkələr isə 14,2%-lə Koreya Respublikası, 14,3%-lə Yaponiya və Sinqapur, 15,3%-lə İtaliya və Monako olub.