Dünyada koronavirusdan ölənlərin sayı 427 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, COVID-19-un qeydə alındığı ölkələrdə infeksiyaya yoluxanların sayı 7,6 milyon nəfəri ötüb.

ÜST qeyd edib ki, dünyada yeni virusa yoluxanların ümumi sayı 7 690 708 nəfər təşkil edir. Pandemiya ərzində koronavirusdan 427 630 pasiyent ölüb.

Virusun qeydə alındığı 213 ölkədə və bölgədə son gün ərzində virusa 137 526 yeni yoluxma aşkarlanıb. Bildirilir ki, son sutkada daha 4 281 nəfər COVID-19-dan ölüb.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213ölkə və bölgədə qeydə alınıb.