Dünyada koronavirusa yoluxanların sayı 7,2 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 413 mindən çox insan virusdan ölüb.

Qeyd edilir ki, ötən bir gün ərzində dünyada COVID-19-a 128 419 yeni yoluxma qeydə alınıb.

Son sutkada daha 5 347 pasiyent koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 273 958 təşkil edir.

Pandemiya ərzində 413 372 insan koronavirusun qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)