Dünyada taxıl növlərinin qiymətlərinin azalması ərzaq qiymətlərinin ucuzlaşmasına səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq dərc edilən hesabatında deyilir.

Məlumata görə, iyun ayında Ərzaq Qiymətləri İndeksi aylıq bazda 2,6% azalaraq 122,3 təşkil edib. Hesabat dövründə taxıl məhsullarının qiymətləri 2,1% ucuzlaşıb. 

Əlavə edək ki, may ayında ərzaq qiymətləri indeksi 124,3 təşkil edib.