Qlobal daşınmaz əmlak bazarı 2030-cu ilə qədər 2019-cu ilə nisbətən 26-42% kiçilə bilər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Amerikanın "McKinsey" konsaltinq şirkətinin hesabatında deyilir.

Buna səbəb şirkət işçilərinin uzaqdan işləmə rejiminə keçməsi ilə əlaqədar ofis binalarının dəyərinin ucuzlaşmasıdır. Buna görə də dünyada kommersiya daşınmaz əmlakın qiyməti 2030-cu ilə qədər 42% azala bilər.

Beləliklə, qlobal kommersiya daşınmaz əmlakın ümumi dəyəri 800 milyard dollar azalacaq.