Dünyada ötən il təxminən 735 milyon insan aclıqla üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qeyd olunub.

Məlumata görə, COVID-19 pandemiyası, Ukrayna müharibəsi və iqlim dəyişikliyi kimi çoxsaylı böhranların təsiri nəticəsində 2019-cu ildən bəri aclıqla üzləşən insanların sayı təxminən 122 milyon artıb. Hesabata əsasən, ötən il dünyada 691-783 milyon insan aclıqla mübarizə aparıb.

Asiya və Latın Amerikasında yoxsulluğun azaldılmasında irəliləyiş müşahidə olunub. Lakin ötən il Qərbi Asiya, Karib hövzəsi və Afrikada aclıq daha da artıb. Bundan əlavə, Afrika ən çox təsirlənən region olaraq qalır. Bildirilib ki, mövcud tendensiya davam edərsə, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulan “aclığa son qoymaq” hədəfinə nail olunmayacaq.