Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 28 yaşlı şahmatçımız Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

***

15:27

Bakıda təşkil olunan Dünya Kubokunda Azərbaycan şahmatçısı Nicat Abasovla norveçli Maqnus Karlsen arasında keçirilən yarımfinal mərhələsinin ilk oyunu başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 28 yaşlı qrosmeyster güclü rəqibinə qarşı görüşdə qara fiqurlarla mübarizə aparır.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.