Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşünə çıxıb. İranlı Əlirza Mohmadipianiyə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.