Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. Gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gələn 31 yaşlı idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Eldəniz Əzizlinin üçüncü dünya çempionluğudur.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.