Dünya çempionatı tarixində bir ilkə şahidlik etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, futbolun ən nüfuzlu kubokunun 2030-cu ildə 100 yaşı olacaq. Bundan əlavə, turnirin ilk dəfə olaraq 3 qitədə keçirilməsi planlaşdırılır. FİFA tərəfindən 2030-cu ildə keçiriləcək dünya çempionatına Mərakeş, Portuqaliya və İspaniyanın ev sahibliyi edəcəyi açıqlanıb.

Bundan əlavə, turnirin 100 illiyi şərəfinə ilk üç qarşılaşma Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu 6 ölkə avtomatik olaraq turnirə vəsiqə qazanacaq.

Turnirin açılış matçının 1930-cu ildə turnirin finalında qarşılaşan Argentina ilə Uruqvay arasında keçirilməsinin planlaşdırıldığı iddia edilir. Uruqvay ilk dəfə 1930-cu ildə keçirilən dünya çempionatının qalibi olub.