İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə 25 iyun (iş günü bitdikdən sonra) tarixindən başlayaraq 30 iyun tarixinə qədər profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə İqtisadiyyat.az-a qurumdan bildirilib.

Bu səbəbdən göstərilən tarixlərdə informasiya resurslarından (alqı-satqı əməliyyatları və s) və “e-emlak.gov.az” portalında yerləşdirilmiş elektron xidmətlərdən istifadə mümkün olmayacaq.