Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 035 borcalana 3 milyard 075,946 milyon manat kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 434 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.