Son klubu "Zirə" olan Donal Geryenin yeni ünvanı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, haitili cinah oyunçusu Litva təmsilçisi "Paneveys"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gerye ilə müqavilənin müddəti bir illikdir.

34 yaşlı futbolçu Azərbaycanda "Zirə"dən əvvəl "Qarabağ" və "Neftçi"də forma geyinib.