Disneyin baş direktoru vəzifəsinə yenidən keçmiş baş direktor Bob İger gətiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, bunu şirkətdən bildiriblər.

"Hazırkı baş direktor Bob Çapek işdən çıxarılıb və onun yerinə keçmiş baş direktor Bob İger gələcək."

Bob İger Disneyin baş direktoru olduğu müddətdə təqaüdə çıxmasını 4 dəfə təxirə salıb və vəzifəsini davam etdirib.
Qeyd edək ki, Disney, Chapek dövründə Netflix ilə rəqabət aparmaq üçün məzmun büdcəsini 30 milyard dollara çatdırmışdı. Lakin bu investisiya nəticəsində 1,5 milyard dollarlıq əməliyyat itkisi yarandı və Disney səhmləri 40 faiz ucuzlaşdı.

Məmmədov Məhəbbət