Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo Zaqreb" klubu Konfrans Liqasında növbəti oyununa çıxır.

İqtisadiyyat.az xəbər verir ki, Xorvatiya təmsilçisi səfərdə Kosovanın "Ballkani" klubu ilə qarşılaşacaq.

Artıq "Dinamo"nun ilk 11-liyi də bəlli olub. Mahir Emreli bu matça ehtiyatda başlayacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.