İspaniyanın "Atletiko" klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini yeniləyəcək.

İqtisadiyya.ax "Cope" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin sözləşməsi daha 3 il müddətinə artırılacaq. Yeni müqavilədə xüsusi bənd də yer alacaq. Paytaxt təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilməsə, argentinalı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"nun "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında iki dəfə La Liqanın və eyni sayda Avropa Liqasının qalibi olub. Madridlilər iki dəfə UEFA Çempionlar Liqasının finalında məğlub olublar.