PSJ-nin futbolçusu Usman Dembele Paris nəhəngini çox bəyəndiyini açıqlayıb. 

 İqtisadiyyat.az xəbər verir ki, "Telefoot" 26 yaşlı hücumçunun dediklərini belə çatdırıb: 

“Bu, mənim oynadığım ən yaxşı klubdur. Ən güclü ifaçılar buradadır. PSJ-də inkişaf üçün əla fürsət var, belə rəqabətlə həmişə irəliyə doğru hərəkət olacaq”.

Qeyd edək ki, fransalı forvard ötən mövsüm "Barsa" forması ilə 35 matça çıxaraq 8 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, Paris klubuna 50,4 milyon avroya keçib.