Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, "abcnews.al" saytına danışan mütəxəssis yığmadakı işindən söz açıb:

"Azərbaycan millisində təcrübəm yaxşı gedir, inkişaf edirik. Futbolçuların keyfiyyətinin aşağı olması ilə bağlı çətinliklərimiz var. Çempionatda komandalarda legionerlər çoxdur və bu, millinin işinə faydalı olmur".

De Byazi 2020-ci ilin yayından Azərbaycan yığmasına rəhbərlik edir