Hazırda AFFA-da İcraiyyə Komitəsinin növbəti iclası keçirilir. Tədbirin əsas səbəbi millinin baş məşqçisi Canni De Byazinin hesabatıın dinlənilməsidir.

İqtisadiyyat.az xəbər verir ki, saat 10:00-da başlayan iclasda nələrin baş verdiyi məlum deyil. Amma iclasın başlamasından bir saat keçəndən sonra italiyalı mütəxəssis müzakirələri tərk edib. O, heç bir açıqlama vermədən AFFA-dan ayrılıb.

İclas isə hələ də davam edir.