Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından İqtisadiyyat.az-a verilən məlumata görə, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).

Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).

UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.