Danimarkanın ən uzun müddət hakimiyyətdə olan monarxı Kraliça II Marqret istefa verib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, 83 yaşlı kraliça Kristiansborq sarayında 55 yaşlı oğlu şahzadə Frederikin xeyrinə taxtdan əl çəkməsi ilə bağlı rəsmi bəyannaməni imzalayıb.

Danimarkanın baş naziri Mette Frederiksen, Frederik X və Avstraliya əsilli şahzadə Merini Danimarkanın kralı və kraliçası elan edib.

Qeyd edək ki, Kraliça II Marqret təxminən 900 il ərzində taxtdan könüllü olaraq imtina edən ilk Danimarka monarxıdır.