Fevralın 6-da Kahramanmaraşda meydana gələn zəlzələdən sonra dağıntılar altından 8 min insan çıxarılıb.

İqtisadiyyat.az türk mediasına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan həmçinin qeyd edib ki, zəlzələ nəticəsində yaralanan 81 min insanın böyük hissəsi artıq xəstəxanadan buraxılıb. 

Bildirilib ki, güclü zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb.