Rusiya xilasediciləri Türkiyədə zəlzələdən sonra davam edən əməliyyatlarda dağıntılar altından 150 min dollar tapıblar.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, 100 dollarlıq çox sayda banknotun olduğu qapı tapan xilasedicilər onu polisə təhvil veriblər.

Qeyd edək ki, Türkiyədə zəlzələ fevralın 6-da baş verib.