AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kursları davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən kursun ikinci günündə dərslər nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.

AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən keçirilən kursun ikinci günündə iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair praktiki örnəklər nümayiş etdirilib və onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.

“D” kateqoriyalı məşqçi kursları 3 gün davam edəcək.