Türkiyənin "Ümraniyespor" klubunun prezidenti Tarık Aksar istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tarık 2019-cu ildən klubun prezidenti idi.

Yeni mövsümdə I Liqada mübarizə aparacaq "Ümraniyespor" yay transfer dönəmində Azərbaycan yığmasının üzvü Coşqun Diniyevi heyətinə qatıb.