Kahramanmaraşda 11 vilayətdə baş verən zəlzələ nəticəsində zərər görən vətəndaşlar üçün ekranlarda və radiolarda futbol ailəsinin birgə təşkil etdiyi "Çiyin-çiyinə" kampaniyasının ilk gündə 845,7 milyon lirə yardım toplanıb.

İqtisadiyyat.az xəbər verir ki, kampaniyaya xaricdə oynayan milli komanda oyunçuları, daha əvvəl Türkiyədə forma geyinmiş futbolçular da qatıldı.

Bundan əlavə, Kylian Mbappe, Jurgen Klopp, Pep Guardiola, Ruud Qulit, Mikel Arteta və Arsen Wenger kimi dünyaca məşhur adlar da kampaniyaya dəstək verib.

Kampaniyaya maddi yardım göstərənlərin siyahısı:

1. Türkiyə milli komandasının üzvləri - 6 mln TL

2. Juan Mata - 4 mln TL

3. Bafetimbi Gomis - 4 mln TL

4. Nassir Əl Xelaifi (PSJ prezidenti) - 50 mln TL

5. Bakasetas - 50 min TL

6. Siopis - 50 min TL

7. Abdülkadir - 50 min TL

8. Uğurcan Çakır - 50 min TL

9. "Samsunspor" - 5 mln TL

10. "Adana Demirspor" - 20 mln TL

11. "Napoli"futbolçuları - 100 min avro

12. "Fənərbaxça" - 100 mln TL

13. "Vesterlo" - 10 mln TL

14. "İstanbulspor" - 5 mln TL

15. "Eyüpspor" - 5 mln TL

16. "Başakşehir" - 2 mln TL