Çinin keçmiş lideri Tszyan Tszemin vəfat edib.

İqtisadiyyat.az Çin dövlət mediasına istinadən xəbər verir ki, Kommunist Partiyasının keçmiş baş katibi və Çin prezidenti Tszyan Tszemin vəfat edib.

Qeyd edək ki, O, 1993-2002-ci illərdə ölkə rəhbəri olub. Tszyan Tszemin dövründə siyasi sahədə qanunlar sərtləşdirilmiş, iqtisadi sahədə ciddi islahatlar aparılmışdı.

Məhəbbət Məmmədov