Çinin daşınmaz əmlak sektorunun ən böyük şirkətlərindən biri olan "Evergrande" ödənişləri yerinə yetirə bilmir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, şirkətin səhmləri 87 faiz, dəyəri isə təxminən 2,4 milyard dollar azalıb.

Belə ki, şirkətin Honq-Konqda satılan səhmləri 0,22 Honq-Konq dollarına düşüb, şirkətin bazar dəyəri isə 2,78 milyard dollardan 369,73 milyon dollara düşüb.

Şirkət borcun restrukturizasiyası planının bir hissəsi kimi öz kreditorlarına onların kapitalı ilə əlaqəli olan qiymətli kağızlarla ödəniş etmək istəyir.

Gülşən Şərif