Çindən kapital axını 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, qeyri-sabit daşınmaz əmlak bazarı və aşağı faiz dərəcələri fonunda Çindən kapital axını sürətlənib və son 7 ilin ən yüksək səviyyəsinə çatıb. Açıqlamaya əsasən, Çin bankları sentyabr ayında müştəriləri adından xaricə 53,9 milyard dollar çıxarıblar.

Bu baş verənlər isə yuana əlavə təzyiq göstərir. Belə ki, sentyabrın əvvəlində yuanın dollara nisbətdə məzənnəsi 2007-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

 

Gözəl Həşimova