Çinin Hubey əyalətində elektrik kəsilməsi səbəbindən fermada havalandırma sisteminin işləməməsi nəticəsində 4000 toyuqun istidən tələf olduğu bildirilib.

"İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının media orqanı “Global Times”ın məlumat yayıb. 

Məlumata görə, Çin son 62 ilin ən isti günlərini yaşayır.

Təsərrüfat sahibinin təxminən 27 min 800 dollar zərər etdiyi qeyd edilib.

Qeyd edək ki, Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır və son günlər temperatur 35 dərəcəyə çatıb.

Milli İqlim Mərkəzinin verdiyi açıqlamada bu il ölkədə əvvəlki illərlə müqayisədə dörd təsirli isti dalğasının baş verdiyi bildirilib.