"Çin hakimiyyəti və ABŞ rəhbərliyi iki dövlətin dinc yanaşı yaşamasını təmin etməli və aralarındakı fikir ayrılıqlarının həllinə birgə çalışmalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

"Biz dinc yanaşı yaşamaq prinsipinə sadiq qalmalıyıq, ən başlıcası fikir ayrılıqlarını effektiv şəkildə aradan qaldırmaqdır", - Çin XİN qeyd edib.

Vanq Yi əlavə edib ki, Çin və ABŞ qeyri-bərabər inkişaf modellərinə uyğun inkişaf edir ki, bu da onların tarixi və mədəni xüsusiyyətləri ilə bağlıdır: "Müxtəlifliklərə görə qarşıdurma yolu ilə getmək, hətta hər addımda sanksiya dəyənəklərinin köməyinə müraciət etmək mümkün deyil".

Çinli diplomat bildirib ki, Pekin hegemonluğun və antaqonist oyunların əleyhinədir: "Əsas odur ki, qarşılıqlı fikir ayrılıqlarını qoruyub saxlamaqla ortaq dil tapmaq üçün uzaqgörənlik və qətiyyətə malik olmaq lazımdır. Fərqlərin ölkələrimiz arasında üstünlük təşkil etməsinə və ya münasibətlərə mane olmasına yol verilməməlidir".