Çin Xalq Azadlıq Ordusunun komandanlığı Tayvanın dəniz və hava sərhədləri yaxınlığında hərbi təlimlər keçirəcəyini açıqlayıb.  

İqtisadiyat.az xəbər verir , bu barədə Reuters məlumat yayıb. 

Məlumatda Çin Xalq Azadlıq Ordusunun “Tayvanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrin təxribatlarına qətiyyətlə müqavimət göstərmək” niyyətində olduğu açıqlanıb. Komandanlıq vurğulayır ki, real toqquşma olarsa, Çin ordusu hava və dəniz zərbələrinə diqqət yetirəcək.