Xalq Azadlıq Ordusunun (AXO) Cənub Bölgəsi Döyüş Komandanlığı yanvarın 3-ü və 4-də Cənubi Çin Dənizində (QKD) müntəzəm patrul xidməti həyata keçirmək üçün hərbi hava qüvvələrini və donanmasını səfərbər edib. 

İqtisadiyyat.az xəbər verir ki. bu barədə Cənub Döyüş Komandanlığı sosial şəbəkə səhifəsində məlumat verib.

"Döyüş komandanlığı zonasının silahlı qüvvələri daim yüksək döyüş hazırlığı vəziyyətindədir, qüvvələr ÇXR-in milli suverenliyini, təhlükəsizliyini, dəniz hüquq və mənafelərini cənubda sabitliyi pozan istənilən hərbi fəaliyyətdən qətiyyətlə müdafiə edir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Cənubi Çin dənizindəki Nanşa arxipelaqı ilə bağlı Çin və Filippin, eləcə də regionun digər ölkələri arasında ərazi mübahisəsi var. Bu adalar zəngin bioloji ehtiyatlarına, Hind və Sakit okeanların kəsişməsində yerləşməs ilə strateji, potensial neft və qaz ehtiyatlarına görə qiymətlidir.