Çin Silahlı Qüvvələri Cənubi Çin dənizində ordunun müxtəlif qolları arasında qarşılıqlı əlaqəni tətbiq etmək üçün təlimlərə başlayıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Cənub Zonası məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir.