Çin Milli Kosmik Agentliyi (CNSA) və Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Ayın tədqiqi üçün Ayın səthində bazanın yaradılması layihəsini həyata keçirir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə İnsanlı Aya eniş layihəsi barədə açıqlama yayan Çin İnsanlı Kosmos Proqramı Agentliyi (CMSA) bildirib.

Məlumata görə, 2030-cu ilə qədər yerinə yetirilməsi planlaşdırılan missiya çərçivəsində Ayın eniş aparatı və ekipajlı kosmik gəmi ayrı-ayrılıqda kosmosa buraxılacaq. Bu vasitələr orbitə yerləşdirildikdən sonra astronavtlar səthə enəcəklər. Astronavtlar Ayda aparacaqları elmi araşdırmalar çərçivəsində səthdən nümunələr toplandıqdan sonra Yerə dönəcəklər.

Artıq çinli alimlər sözügedən Ay missiyası üçün ağır yük daşıyan “Long March 10” raketi, yeni nəsil ekipajlı kosmik gəmi və Aya eniş aparatı hazırlayıblar.

Qeyd edək ki, Ayda insanlı eniş layihəsi uğurlu olarsa, Çin ABŞ-dan sonra bu sahə üzrə ikinci ölkə olacaq.