UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, turində yeni mövsüm ilkin mərhələnin oyunları ilə başlayıb.

Monteneqronun "Buduçnost" klubu səfərdə Andorra təmsilçisi "Atletik"ə qalib gəlib. İslandiya çempionu "Breydablik" isə "Tre Penne"ni (San Marino) darmadağın edib.

Bu nəticələrdən sonra "Buduçnost" və "Breydablik" ilkin mərhələnin finalına yüksəlib. Qalib tərəf I təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Çempionlar Liqası

İlkin mərhələ, yarımfinal

27 iyun

Atletik (Eskaldes, Andorra) - Buduçnost (Monteneqro) - 0:3

Tre Penne (San Marino) - Breydablik (İslandiya) - 1:7