Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, hər iki matç saat 00:00-da start götürəcək.

Turnirin son qalibi "Real" İngiltərədə "Liverpul"un qonağı olacaq. Komandalar buna qədər 9 dəfə üz-üzə gəlib. Bu matçlarda "Real" 5, "Liverpul" isə 3 dəfə qələbə qazanıb. Bir matç isə bərabərliklə başa çatıb.

Günün digər matçında A Seriyasında lider olan "Napoli" Almaniyada Frankfurt "Ayntraxt"ının qonağı olacaq.