Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

İqtisadiyyat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatmada komandalar 4 səbətdə yer alacaq. Türkiyə “Qalatasaray”ı 4-cü səbətdə olacaq.

1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Sevilya”, “Barselona” (hər ikisi İspaniya), “Napoli” (İtaliya), “Bayern” (Almaniya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland)

2-ci səbət: “Real”, “Atletiko” (hər ikisi İspaniya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund), “Leypsiq” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya)

3-cü səbət: “Şaxtyor” (Ukrayna), “Zalsburq” (Avstriya), “Milan”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), PSV (Niderland), “Srvena Zvezda” (Serbiya), “Kopenhagen” (Danimarka)

4-cü səbət: “Yanq Boyz” (İsveçrə), “Qalatasaray” (Türkiyə), “Real Sosyedad” (İspaniya), “Seltik” (Şotlandiya), “Nyukasl” (İngiltərə), “Yunion” (Almaniya), “Antverpen” (Belçika), “Lans” (Fransa)