Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə "Rakuv"la qarşılaşıb. Görüş polşalıların qələbəsiylə başa çatıb - 3:2.

Komandalar arasındakı cavab görüşü avqustun 2-də Bakıda olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

"Rakuv" (Polşa) - "Qarabağ" - 3:2

Qollar: E.Cəfərquliyev, (56-avtoqol), F.Piaseki, 71, S.Kittel, 90+1 - R.Cica, 73, 75

Baş hakim: Lukas Fendrix (İsveçrə)